#Region

Gürcüstanda koronavirusa 1 562 yeni yoluxma qeydə alınıb, 30 nəfər ölüb 

May 18, 11:34 / Mənbə: Report.az

Gürcüstanda son sutkada koronavirusa 1 562 yeni yoluxma faktı təsdiqlənib, 1 490 nəfər sağalaraq evə buraxılıb, 30 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə bu günə kimi ümumilikdə 332 441 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 312 349-u sağalıb, 4 499-u isə ölüb.

Ötən 24 saat ərzində 29 685 test yoxlaması həyata keçirilib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.