#Energetika

Tələbatın artmasına dair gözləntilər “Brent” neftini bahalaşdırıb

May 18, 10:16 / Mənbə: Report.az

Dünya bazarında neftin qiyməti bu gün səhər saatlarında yüksəlib.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimali dənizində hasil olunan “Brent” xam neftinin iyul fyuçerslərinin qiyməti Bakı vaxtı ilə səhər saat 08:50-də 0,33 faiz artaraq 69,69 dollara çatıb.

WTI neftinin iyul fyuçerslərinin qiyməti 0,33 faiz artaraq 66,5 dollar təşkil edib. Bu neft markasının iyun fyuçersləri isə 0,36 faiz bahalaşaraq bir bareli 66,51 dollara satılıb.

Asiyanın bəzi bölgələrində COVID-19-un sürətlə yayılmasına baxmayaraq, neftin qiyməti ABŞ kimi əsas ölkələrdə tələbatın artımına dair nikbinlik sayəsində yüksəlib.

Sərmayədarlar böyük ölkələrdə vaksinasiya prosesininin sürətlənməsilə və hərəkətliliyin artması ilə yanacaq tələbatının artacağını gözləyirlər.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.