#Siyasət

Udilər Laçındakı “Ağoğlan” məbədində növbəti dəfə ibadət ediblər - FOTO

May 11, 16:45 / Mənbə: Oxu.az

Bu gün Laçın rayonunda səfərdə olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə “Ağoğlan” məbədini ziyarət ediblər.

“Report” xəbər verir ki, icma nümayəndələri Pasxa bayramı ərəfəsində monastırda dini ayinlərini icra edib, şamlar yandırıblar.

Beləliklə, qədim Alban kilsəsinin əsl varislərinin “Ağoğlan” məbədinə 180 ildən sonra üçüncü ziyarəti reallaşıb.

Qeyd edək ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər.

Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.