#Cəmiyyət

Azərbaycan sərhədçiləri ermənilərdən götürülmüş hərbi qənimətləri xidmətdə istifadə edir - FOTO/VİDEO

May 11, 16:09 / Mənbə: Oxu.az

Dövlət Sərhəd Xidmətinin (DSX) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi media-tur çərçivəsində jurnalistlər Sərhəd Qoşunlarının Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mahmudlu Hərbi Poliqonunda olublar.

APA-nın məlumatına görə, jurnalistlər poliqonu gəzib, burada yaradılmış şəraitlə tanış olublar.

DSX-nın mətbuat mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev bildirib ki, Mahmudlu Hərbi Poliqonunda bölmələrin döyüş hazırlığının yüksəldilməsi üçün hər cür şərait var: “Burada döyüş texnikası, atıcı silahlar, zenit qurğular və minaatanlardan atəş açmaq və atışların qiymətləndirilməsi imkanları mövcuddur.

Eyni zamanda döyüş texnikalarının trenajor zallarında modulları quraşdırılıb. Şəxsi heyət texnikadan istifadə etməni mənimsəmək üçün trenajorlar üzərində məşqlər keçirə bilir”.

Jurnalistlərin diqqətinə o da çatdırılıb ki, Vətən müharibəsində Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikalardan bir neçəsi poliqonun ərazisində saxlanılır. Azərbaycan sərhədçiləri yararlı olan həmin texnikalardan da xidmətdə istifadə edirlər.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.