#Azərbaycanca

Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat

May 11, 16:53 / Mənbə: News.day.az

Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı, eyni zamanda ölkəmizin gələcək inkişafı, yeni nəqliyyat qovşağına çevrilməsi üçün geniş imkanlar açdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi tarixi Zəfər nəticəsində imzalanan 10 noyabr sazişində ən vacib məqalmardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. A.Hüseynov vurğulayıb ki, tarixi Zəfər nəticəsində yeni nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyulacaq:

"Bu dəhlizin açılması Naxçıvanın blokadadan çıxması ilə yanaşı Azərbaycanın yeni nəqliyyat dəhlizinə çevrilməsinə imkan yaradacaq. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissəsi arasında nəqliyyat kommunikasiyalarının bərpa edilməsi regionda yeni mərhələnin başlanmasına zəmin yaradır. Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvan Muxtar Respublikasının postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq".

Deputatın sözlərinə görə, Muxtar Respublikanın bölgədə bütün ölkələrlə geniş əməkdaşlıq platforması, yaxın iqtisadi əlaqələr üçün etimad mühiti bərqərar olacaq:

"Bu bölgədə hamı üçün faydalı olan geniş və daha çoxşaxəli kommunikasiyaların, layihələrin həyata keçirilməsi üçün açıq qapı yaranacaq. Naxçıvanın zəngin iqtisadi resursları, əlverişli iqlim və təbiəti, geoiqtisadi mövqeyi, faydalı sərvətləri, mineral ehtiyatları dünya ölkələri üçün yeni imkanlar deməkdir.

Nəqliyyat və kommunikasiyaların bərpası, yenisinin inşası Naxçıvana yeni nəfəs verəcək, Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqə yaradacaq. Bu amil Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Nəticədə Naxçıvan mərkəzi logisgtika qovşağı kimi inkişafını daha da sürətləndirəcək.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.