#şou-biznes

Xalq artistinin FOTOları müzakirələrə səbəb oldu

May 11, 15:41 / Mənbə: News.milli.az

Xalq artisti Tünzalə Ağayevanın sosial şəbəkədəki paylaşımları müzakirələrə səbəb olub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, tez-tez "Instagram" hesabında şəkillərini izləyiciləri ilə bölüşən T.Ağayeva bu dəfə fit bədən quruluşu ilə diqqət çəkib.

Yayımladığı fotolarla incə belini nümayiş etdirən sənətçinin paylaşımları sosial şəbəkə istifadəçilərinin müzakirə obyektinə çevrilib. Onlar Xalq artistinin fotolarını bəyənib və xeyli sayda şərh yazıblar.

Xatırladaq ki, bir müddət əvvəl formada qalma sirlərini açıqlayan T.Ağayeva axşam saat 6-dan sonra yemək yemədiyini, sadəcə limonlu su içdiyini bildirib.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.