#Sənaye

“Azəripəy”in nizamnamə kapitalı 46% artırılıb

May 11, 16:17 / Mənbə: Report.az

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəripək” MMC-nin nizamnamə kapitalı 3,73 milyon manat və yaxud 46% artırılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 8 119 579 manatdan 11 849 579 manata çatdırılıb.

Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex daxildir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.