#Dünya

12-15 yaş arası uşaqlar “Pfizer”lə peyvəndlənəcək

May 11, 16:54 / Mənbə: News.milli.az

ABŞ Qida və Dərman İdarəsi (FDA) Amerikanın "Pfizer" və Almaniyanın "BioNTech" şirkəti tərəfindən 12-15 yaş arası uşaqlar üçün istehsal olunan koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə FDA komissarı vəzifəsini icra edən Dr. Canet Vudkok açıqlama verib.

"Peyvənd yaşının genişlənməsi epidemiyanı sona çatdıracaq və bizi normal həyata qayıtmağa yaxınlaşdıracaq",- deyə Vudkok bildirib. 

O, təsdiqləmə əməliyyatı tamamlandıqdan sonra dövlətlərin payızda məktəblər açılmadan orta məktəb şagirdlərinə peyvənd verməyə başlaya biləcəyini vurğulayıb. 

Qeyd edək ki, ABŞ əczaçılıq şirkəti "Pfizer" 25 martda alman tərəfdaşı "BioNTech" ilə 6 aydan 11 yaşa qədər uşaqlarda "COVID-19" peyvənd sınaqlarının da başladığını elan etmişdi.

Bir müddət əvvəl isə "Pfizer/BioNTech, ABŞ-da 12-15 yaş arasında 2 260 nəfər üzərində apardığı klinik sınaqların 100 faiz effektivlik göstərdiyini açıqlamışdı. 

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.