#Idman

Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar - FOTO

May 08, 16:19 / Mənbə: News.milli.az

Mayın 8-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, gimnastlar çıxışları zamanı ustalıq, zəriflik və plastika nümayiş etdiriblər.

Qeyd edək ki, Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparır.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta "AGF Trophy" kuboku təqdim olunacaq.

Trend yarışların ilk günündən maraqlı anları təqdim edir:

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.