#Region

Ermənilərin azərbaycanlılarla bağlı daha bir yalanı ifşa olunub - FOTO

May 08, 16:35 / Mənbə: Report.az

Ermənistan kütləvi informasiya vasitələrinin azərbaycanlılara qarşı şər-böhtanı tez ifşa olunub.

“Report” xəbər verir ki, Ermənistanın Niderland Krallığındakı səfirliyi guya üç azərbaycanlının erməni vəkil Anna Akopyanı bıçaqlaması ilə bağlı yayılan yalanı təkzib edib.

Səfirlikdən bildirilib ki, Ermənistan KİV-də erməni vəkil qadının bıçaqlanması ilə bağlı yayılan məlumatın əsası yoxdur: “Bıçaqlanmış kimi şəkli yayılan qadın sağ-salamatdır. Onun bu məsələyə aidiyyəti yoxdur”.

Qeyd edək ki, Ermənistan KİV-i erməni olduğu üçün üç azərbaycanlının Niderlandda Anna Akopyanı bıçaqladığına dair şayiə yaymışdı. Bu məlumat Krallığın rəsmi dairələri tərəfindən təsdiqlənməyib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.