#Fərdi

Dünya Kuboku: Gimnastlarımız təsnifat mərhələsindəki çıxışlarını başa vurdu

May 08, 16:34 / Mənbə: Report.az

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları təsnifat mərhələsindəki çıxışlarını başa vurublar.

"Report"un məlumatına görə, Zöhrə Ağamirova lentlə hərəkətlərdə 21,275 xal toplayıb. Ağamirova bu hərəkətdə hazırda 2-ci sıradadır. Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 17,550 xalla 17-cidir.

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları növbəti çıxışlarını başa vurublar.

"Report"un məlumatına görə, Zöhrə Ağamirova gürzlərlə çıxışında 23.00 xal toplayıb. Ağamirova bu hərəkətdə hazırda 10-cu sıradadır.

Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 21,650 xal toplaya bilib. Cəlilova hazırda 17-ci pillədə qərarlaşıb.

Onlar müvafiq olaraq saat 14:57-də və saat 15:03-də yenidən lentlə hərəkətlərdə qüvvələrini sınayacaqlar.

Saat 18:00-dan isə qrup hərəkətləri proqramında 3 halqa və 2 cüt gürzlə təsnifat yarışı başlayacaq. Azərbaycanı Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə təmsil edəcək.

Qeyd edək ki, Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edir. Azərbaycan yığması yarışın ilk günündə 5 topla hərəkətlərdə 43 xal toplayıb və finala vəsiqə qazanıb.

Həm fərdi, həm də komanda yarışlarında finallar mayın 9-da olacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.