#Digər-ölkələr

Əfqanıstanda daşqında ölənlərin sayı 73-ə yüksəlib, 307 ev uçub

May 08, 16:09 / Mənbə: Report.az

Əfqanıstanda daşqın qurbanlarının sayı 73-ə çatıb, daha 30 nəfər xəsarət alıb, 32 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı yerli “Tolo News” telekanalı yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 307 yaşayış evi uçub.

Xatırladaq ki, daşqınlar Əfqanıstanın şimal-şərqi Bədəxşan və Baqlan, şimal-qərbi Herat əyalətlərində, eləcə də Əfqanıstanın mərkəzindəki Qor, Daykundi, Bamyan vilayətlərində ölümlərə və digər fəsadlara səbəb olub.

Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstanda daşqın nəticəsində 34 nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı və 14 nəfər itkin düşdüyünə dair məlumat yayılmışdı.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.