#Region

Yerevanda atışma olub, ölən və yaralanan var

May 08, 11:34 / Mənbə: Report.az

Ermənistanın paytaxtı Yerevanın Nor Nork rayonunun Moldovakan küçəsində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə mayın 8-də səhər saatlarında qeydə alınıb.

Atışma yerindən avtomat və tapança güllələrinin gilizləri, əzilmiş vəziyyətdə “Mercedes S 500” markalı avtomobil aşkarlanıb.

Polis hadisənin səbəbini, ölən və yaralananın kimliyini araşdırır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.