#Təfsilat

“Dünyada tətbiq olunan bütün peyvəndlərin bir məqsədi var”

May 08, 11:30 / Mənbə: Kaspi.az

Professor Nuran

Abdullayev: "Peyvəndlərin hamısının qoruyuculuğu mahiyyət olaraq eynidir”

 

Azərbaycanda əhalinin koronavirusa qarşı vaksinasiyasıdavam

edir. Bu proses yanvar ayında Çinin"Sinovac”şirkətinin peyvəndi ilə başladı. Ölkədə

indiyədək 1 milyon 500 mindən çox vaksin dozası vurulub. 

2021-ci ilin may ayından etibarən ilkin olaraq 60

yaş və daha yuxarı şəxslər COVID-19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı

İngiltərənin Oxford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən

(İstehsalçı şirkət "AstraZeneca”) də istifadə edə biləcəklər. Bu peyvəndBakı şəhəri

və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq

olunacaq. Peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

COVAX platforması çərçivəsində ölkəmizə gətirilən 84 min doza "Vaxzevria” peyvəndi

insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə

əlçatanlığını təmin edir. Qeyd edək ki, "AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən

hazırlanan "Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq

edib.

Həmçinin ölkəmizdə Rusiyada istehsal olunan "Sputnik

V” vaksinin tətbiq edilməsi nəzərdə tutulub.

Nazirlər Kabineti yanında operativ qərargahın

keçirdiyi brifinqdə Azərbaycan

Respublikası səhiyyə nazirinin birinci müavini Teymur Musayev bildirib

ki,vaksinasiya prosesi ölkə başçısının tapşırıqlarına uyğun şəkildə aparılır:

"Vaksin istehsalçısı ölkələrlə danışıqlar aparılır və müxtəlif vaksinlərin ölkəmizə

gətirilməsi təmin ediləcək. İlk olaraq "Coronavac” vaksini gətirildi və tətbiq

edildi. Son günlərdə "Sputnik V” vaksini gətirilib və onların da tətbiqinə

başlanır. Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir”.

Lakin vaksinlərin müxtəlifliyi insanları narahat

edir. Kimisi "Sinovac”a inanır, kimisə ümumiyyətlə Çin istehsalı vaksindən

qorxur. "Sputnik”, "AstraZeneca” haqqında da el arasında müxtəlif şayiələr

dolaşır. Hansının daha təsirli yaxud əksinə zərərli olması haqqında müzakirələr

gedir və nəticədə insanlar şayiələr səbəbindən vaksinasiya olmağa çəkinirlər.

Peyvəndlə bağlı dünya mətbuatında da birmənalı yazılar getmədiyi üçün

insanlarda narahatlıq var.

Ümumiyyətlə,

peyvəndlərin keyfiyyətində ciddi fərq varmı? 

İnsanların narahatlığı nə qədər əsaslıdır?

Avropa

Sağlamlıq Sistemlərinin Araşdırması üzrə professor Martin McKee deyir ki, peyvənd olunmaq koronavirusa bir daha

yoluxmamaq demək deyil. Peyvənd özünüzü və yaxınlarınızı COVİD-19-un ağır

gedişatından qorumağın ən etibarlı yoludur: "Koronavirusun yayılma dinamikasını

nəzərə alaraq, gec-tez hamı infeksiyanı tutacaq, buna görə bədəninizi əvvəlcədən

hazırlamaq və özünüzü immunitetlə təmin etmək daha yaxşıdır. Bundan əlavə, koronavirusun

xroniki xəstəliyi olan insanlar üçün xüsusilə təhlükəli olduğu bilinir, həmin

insanlarda autoimmun reaksiya yarana bilər. Yəni orqanimzin öz hüceyrlələrinə

qarşı tolerantlığı pozulur, virus əvəzinə, öz sağlam hüceyrələrinə hücum etməyə

başlayır,əlavə xəstəliklərin daha da aktivləşməsi riskini yüksəldir.Bu səbəbdən,

ağciyər və ya bronxlar, ürək-damar xəstəlikləri və şəkərli diabet problemi

olanların ən qısa müddətdə vaksinasiyadan keçməsi xüsusilə tövsiyə olunur. Siz

peyvəndə gör xəstələnə bilməzsiniz. Peyvənd növündən asılı olaraq ya təsirsiz

hala gətirilmiş bir virusu (ən ənənəvi peyvənd texnologiyası), ya genetik

kodunun bir hissəsini (vektor peyvəndləri), ya da süni şəkildə yaradılmış

zülalları (peptid) ehtiva edir”.

Mütəxəssislər vurğulayır ki, vaksinlər hüceyrələrə

təsir edə və infeksiyanın inkişafına səbəb ola bilmirlər. Vaksinasiya nəticəsində

xəstələndiyini iddia edən insanlar peyvənd vurulması nəticəsində deyil, peyvəndləmə

prosesi zamanı yolda, nəqliyyatda, inyeksiya növbəsində və s. yoluxmuş ola bilərlər.

Unutmamalıyıq ki, COVİD-19 xəstəsi olan sağlam

insanlar belə, virusu daşıyıb yaya bilərlər. Bu səbəbdən vaksinasiyadan sonra

da insanlar qoruyucu tədbirlərəxüsusən, də maska ​​taxmağa və sosial məsafəni

qorumağa davam etməlidirlər.

Əks göstərişlər

hansılardır?

Həkim Arzu Məmmədova deyir ki, hər hansı digər dərman pereparatı kimi,

koronavirus peyvəndləri də zərər verə biləcəyi əks göstərişlər siyahısına

malikdir: "Hər bir peyvəndin fərqli bir siyahısı var, lakin heç biri yetkinlik

yaşına çatmayanlar üçün (Pfizer 16 yaşdan yuxarı yeniyetmələrə enjekte edilə

bilər), hamilə və süd verən qadınlar və ya şiddətli allergik reaksiyaya meyilli

insanlar üçün nəzərdə tutulmayıb.Bundan əlavə, müəyyən bir peyvəndin komponentlərinə

fərdi dözümsüzlük mümkündür, lakin bu, olduqca nadirdir. Belə hallarda sizə

başqa bir dərman məsləhət veriləcəkdir”.

Hansı peyvəndi

seçməlisiniz?

Müxtəlif ölkələrdən olan müstəqil mütəxəssislər

yekdilliklə bu gün ən yaxşı peyvəndin şəxsən sizin üçün mövcud olan peyvənd

olduğunu iddia edirlər. Yəni bölgənizdə istifadəsi üçün rəsmi olaraq təsdiqlənmiş

və hələ də mövcud olan bu vaksinlərdən hər hansı birini istifadə edə bilərsiniz.Bu

ümumi qaydanın yalnız bir istisnası var. Xüsusi bir peyvəndə əks göstərişiniz

varsa, başqa bir təhlükəsiz dərmanla peyvənd olunmaq və ya onun əlçatan

olunmasına qədər gözləmək olar. Həmçinin, mütəxəssislər vurğulayır ki, peyvəndlə

əlaqəli hər hansı bir məsələyə şübhə edirsinizsə, öz fikrinizə və ya

qohumlarınız, dostlarınız və tanışlarınızdan-aldığınız tövsiyələrə etibar etməyin,

yalnız həkimlərdən məsləhət alın.Virusun yeni mutasiyalarına gəldikdə, gələcəkdə

mövcud peyvəndlərin effektivliyini qismən və ya tamamilə itirməsi mümkündür,

lakin hazırda qeydiyyatdan keçmiş bütün dərmanlar virusa qarşı təsirli bir

qorunma təmin edir.

Almaniya-Azərbaycan

Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının

tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirir ki, insanların peyvəndlərlə bağlı narahatlığına

əsas yoxdur: "Elmə əsaslanmadan mediada gedən səhv məlumatlar doğru deyil və bu

narahatlıqların da heç bir əsası yoxdur. Ümumiyyətlə, bu narahatlıqlar onu göstərir

ki, insanlarımız peyvəndlərin məqsədini başa düşməyiblər. Elmi əsas ondan ibarətdir

ki, bu gün bütün dünyada tətbiq olunan peyvəndlərin məqsədi birdir. Məqsəd COVİD-19-la

bağlı ağır kliniki gedişatlardan qorumaq və ölüm saylarını da buna görə

azaltmaqdır. Bu gün dünyada tətbiq edilən bütün peyvəndlər tam olaraq bu məqsədlərini

qoruyur və yüksək effektivlik göstərir. İnsanlar peyvəndlənmənin məqsədinin bir

olduğunu dərk etdikdən sonra anlayacaqlar ki, onları müqayisə etmək düzgün

deyil”.

Həkim vurğulayır ki, peyvəndlərin bütün növləri ağır

kliniki gedişatlardan yüksək effektivliyinə görə qoruyur: "Bu peyvəndlərin

hamısının qoruyuculuğu çox cüzi olaraq fərqlənir, amma mahiyyət olaraq eynidir.

Amma bu o demək deyil ki, kimsə peyvəndi vurdurubsa, virusa yoluxmayacaq. Belə

düşünən insanlar olduqda,peyvəndlənən hansısa insanın yoluxduğunu gördükdə təbii

ki, peyvəndlə bağlı inamsızlıq yaranacaq və bunu ətrafında təbliğ edəcək.

İnsanlar əvvəlcə peyvəndin mahiyyətini başa düşməlidirlər. Peyvənd vurdurmaq o

demək deyil ki, ömrün

boyunca virusa yoluxmayacaqsan. Məqsəd

vaksinasiyadan sonra virusa yoluxma olarsa, həmin xəstənin xəstəliyi yüngül keçirməsidir”.

Məlumat üçün bildirək ki, mayın 10-dan etibarən isə

18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə

qoşula bilərlər.

Aygün ƏZİZ

 

 

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.