#Siyasət

Azad Şuşa: Zəfərin simvolu, tarixi ədalətin və milli qürurun bərpası – Videolayihə

May 08, 11:00 / Mənbə: Az.trend.az

Bakı. Trend:

1992-ci ilin bu günündə Qarabağın tacı olan Şuşa işğal edildi. Daha doğrusu xəyanət nəticəsində düşmənə təhvil verildi. Azərbaycan xalqı uzun illərdir mayın 8-ni dərin kədər və sarsıntı ilə yad edirdi, çünki, Şuşa Azərbaycan üçün çox böyük mənəvi əhəmiyyət daşıyır.

Bu gün isə Şuşa azaddır. Bu il Şuşanın işğal tarixini tamamilə başqa ab-havada qeyd edirik. Çünki, Azərbaycan dövləti Müzəffrər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad edib, Şuşa Azərbaycan xalqına qaytarılıb.

Tarixi ədalət bərpa edilib. Qarabağ azaddır. Vaxtilə torpaqlarımızın işğalı nəticəsində zədələnmiş qürurumuz özümüzə qayıdıb, başımız göylərə ucalıb. Şuşanın əzəmətli dağları kimi.

Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin xüsusi buraxılışı Şuşaya həsr olunub. Müsahiblərimiz əslən şuşalıdır. Əyyub Şırlanlı yaşlı, Nicat Eyvazlı isə gənc nəslin nümayəndəsidir. Biri vaxtilə Şuşanın ermənilər tərəfindən işğal edilməsinin canlı şahidi, 1-ci Qarabağ müharibəsinin veteranı, digəri isə möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərin iştirakçısıdır.

Söhbətimiz maraqlı alınıb. 90-cı illərin əvvəllərindən başlayan erməni terroru və təcüvüzü, Azərbaycan xalqına qarşı aparılan soyqırım, etnik təmizləmə, işğal siyasəti, 1992-ci il mayın 8-də Şuşanın necə işğal edilməsi, 29 il ərzində çəkilən yurd həsrəti, kədərlə qeyd edilən işğal günləri, köçkünlük həyatı... Və nəhayət, möhtəşəm Qələbə sevinci, Qarabağın, Şuşanın azad edilməsi, tarixi ədalətin bərpası, göylərə yüksələn bayraqlarımız, ucalan milli qürurumuz...

Videolayihəni təqdim edirik:

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.