#Digər-ölkələr

Almaniyada bir gündə 15 mindən çox insan COVID-19-a yoluxub

May 08, 11:16 / Mənbə: Report.az

Almaniyada ötən gündə 15 685 nəfər COVID-19-a yoluxub, 238 nəfər bu xəstəlikdən ölüb.

“Report” “RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin tərkib hissəsi olan və ölkədə COVID-19 statistikasını aparan Robert Kox İnstitutu (Robert Koch Institute) məlumat yayıb.

Dünən yoluxmaların sayı 18 485, ölənlərin sayı isə 284 olub.

İnstitutun məlumatına görə, epidemiyanın başlanğıcından bəri Almaniyada 3 507 673 nəfər koronavirusa yoluxub, 84 648 xəstə ölüb.

Ümumilikdə, 3 milyondan çox pasiyent sağalıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.