#Sənaye

“Skoda” çip çatışmazlığına görə istehsalı dayandırır

Sep 16, 19:50 / Mənbə: Report.az

Çexiyanın aparıcı avtomobil istehsalçısı - “Skoda” şirkəti sentyabrın 27-dən ölkədəki 3 zavodunda istehsalı dayandıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, fasilə bir həftə davam edəcək.

Buna səbəb elektron komponentlərin (çip) çatışmazlığıdır. Bu dövr ərzində 34 minə yaxın işçiyə mükafatlar da daxil olmaqla aylıq qazancın 85 %-i ödəniləcək.

Hazırda “Skoda” elektron komponentlərin çatışmazlığına görə “Volkswagen” konserninə daxil olduğu vaxtdan keçən 30 il ərzində ən çətin günlərini yaşayır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.