#Futbol

Kvaratsxeliya "Qızıl oğlan" mükafatına namizədlər sırasından çıxarılıb

Sep 16, 19:42 / Mənbə: Report.az

Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatı üçün namizədlərin sayı azalıb.

"Report"un məlumatına görə, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafat üçün 40 oyunçudan ibarət siyahı hazırlanıb.

Siyahıda Rusiyanın "Rubin" klubunun hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya yer almayıb. O, Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Məşhur futbolçulardan Eduardu Kamavinqa ("Real Madrid", İspaniya), Erik Qarsiya, Pedri (hər ikisi "Barselona", İspaniya), Cud Bellingem, Covanni Reyna (hər ikisi "Borussiya" Dortmund, Almaniya), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Qabriel Martinelli, Bukayo Saka (hər ikisi "Arsenal" İngiltərə), Camal Musiala ("Bavariya", Almaniya), Nunu Mendeş (PSJ, Fransa) mükafat üçün yarışacaq.

Qeyd edək ki, 2020-ci ildə bu mükafata Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən norveçli hücumçu Erlinq Holann layiq görülüb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.