#Təfsilat

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Sep 16, 19:15 / Mənbə: Kaspi.az

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 384 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 073 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 806 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 570 812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 235 423 təşkil edir.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.