#Gürcüstan

Gürcüstanda koronavirusa yoluxanların sayı 591 mini keçib

Sep 17, 14:26 / Mənbə: News.milli.az

Gürcüstanda son sutkada daha 2 039 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 2 192 nəfər müalicə olunaraq sağalıb.

Milli.Az bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində 56 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək qonşu ölkədə 591 766 nəfərdə COVID-19 aşkarlanıb. Onların 556 810-u sağalıb, 8 446-sı isə vəfat edib.

Bu günə olan aktiv xəstə sayı 26 484 nəfərdir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.