#Gürcüstan

Gürcüstanda koronavirusdan ölənlərin sayı 8 mini ötüb

Sep 09, 12:54 / Mənbə: News.milli.az

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 455 yoluxma halı qeydə alınıb, 58 nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 572 948, ölənlərin sayı isə 8 035 nəfərə çatıb. Virusa yoluxanlardan 531 764 nəfərin (92%) sağaldığı bildirilir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.