#Cəmiyyət

Ali Məhkəmədə yeni İşçi Qrup yaradıldı

Sep 16, 13:53 / Mənbə: News.milli.az

Azərbaycan Respublikası Ali Məhkəməsi fəaliyyətinin səmərəliliyinin artırılması, Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, "Elektron Məhkəmə" İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin 2020-ci il 14 sentyabr tarixli əmri ilə Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.

Məlumatda bildirilir ki, işçi qrupunun işinə rəhbərlik Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərova həvalə edilib.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.