#Maraqlı

Hadisə bacısını məhkəməyə verdi

Sep 16, 13:59 / Mənbə: News.milli.az

Müğənni Hadisə rəsmi internet saytı "hadise.com"u ona verməyən bacısı və keçmiş meneceri Hülya Açıkgözü məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məhkəmə nəticəsini gözləməyən sənətçi yeni "hadise.world"ü aktiv edib.

Açıkgöz 2004-cü ildə Hadisənin meneceri kimi çalışdığı ərəfədə "hadise.com" adlı domeni satın almış və bacısı üçün işlətməyə başlamışdı. Saytda müğənninin yeni və köhnə mahnıları, xəbərləri, videoları yerləşdirilib. Bacısı ilə dava edən Hadisə saytı geri almağa çalışıb. Açıkgöz isə qarşılığında bacısından 35 min avro istəyib. İfaçı isə pulu ödəmək istəməyib və məhkəməyə üz tutub.

Açıkgöz isə saytı satışa çıxarıb. Bir çox yerdə də saytın satılması elanı yerləşdirildi. Bacısı sənətçinin adına olan domeni 225 min lirəyə satmaq istəyir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.