#Futbol

"Şerif"in "Qarabağ"a vurduğu qol səsvermədə birinci oldu

Sep 16, 14:11 / Mənbə: Report.az

Moldovanın "Şerif" klubunun avqustda vurduğu ən yaxşı qol müəyyənləşib. 

"Report"un məlumatına görə, sorğu Tiraspol təmsilçisinin sosial şəbəkə hesablarında azarkeşlər tərəfindən aparılıb. 

Komandanın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la görüşdəki qolu səsvermədə birinci olub. 78-ci dəqiqədə endirilmiş dəqiq zərbənin müəllifi Frank Kastanyeda olub. 

Qeyd edək ki, "Qarabağ" "Şerif"i 2:1 hesabı ilə məğlub edərək III təsnifat mərhələsinə yüksəlib. Ağdam təmsilçisi bu gün Norveç "Molde"si ilə üz-üzə gələcək.  "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.