#Dünya

"Koronavirusla bağlı indiki vəziyyəti xəstəliyin ikinci dalğası kimi qiymətləndirmək olar"

Sep 16, 13:50 / Mənbə: News.milli.az

Çexiyada yoluxanların sayı hələlik faciəli həddə çatmasa da, 2-3 həftədən sonra ölkənin stasionar xəstəxanalarında bu ilin yaz aylarında pandemiyanın ilk dalğası zamanı olan qədər xəstə yerləşdirilə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Çexiyanın Səhiyyə üzrə Hökumət Komissiyası tərəfindən yeni yoluxanların sayının artım dinamikasının öyrənilməsi əsasında hazırlanmış fövqəladə press-relizdə yer alıb.

"Koronavirusla bağlı indiki vəziyyəti xəstəliyin ikinci dalğası kimi qiymətləndirmək olar", - dərc olunmuş sənəddə bildirilir. Bununla yanaşı, ölkənin səhiyyə sisteminin hansısa bir məqamda öz imkanlarının son həddinə çata biləcəyi də qeyd olunub.

Çexiyada COVID-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilən insanların sayı hər gün təqribən 10 nəfər artır. Yoluxanların sayına görə hər 100 min nəfərə nisbətdə hazırda üçüncü olan Çexiya Avropa İttifaqı ölkələri arasında yalnız Fransa və İspaniyadan geridə qalır. Mövcud vəziyyət nəzarət altına alınmazsa, Çexiyanın bu istiqamətdə daha da "irəli gedəcəyi" istisna edilmir.

Bundan necə qurtulmalı? Təbii ki, ekspertlərin dediyi kimi, karantin rejiminə, gigiyena qaydalarına riayət etməklə, maska taxmaqla və kütləvi tədbirləri ləğv etməklə.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.