#Kriminal

Bakı sakinini borca görə döyüb öldürdülər

Sep 16, 13:54 / Mənbə: Oxu.az

Bakının Xətai rayonunda törədilən ağır cinayətin qurbanı Orxan Yusifli olub.

Bu barədə Oxu.Az-a prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 13-də münaqişə zəminində onun başına daşla vurulub. Nəticədə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən kişi iki gün sonra ölüb.

Əvvəlcə cinayət işi xuliqanlıq kimi qiymətləndirilib, lakin zərərçəkmişin ölümündən sonra rayon prokurorluğu 221-ci maddəni 126.3-lə (sağlamlığa ağır zərər vurma, bir nəfərin ölümü ilə nəticələnmə) əvəz edib. Faktla əlaqədar 1990-cı il təvəllüdlü Kamran Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd olunub ki, gənclər arasında münaqişə münasibətləri müəyyənləşdirmək məqsədi ilə baş verib.

Bununla birlikdə, Oxu.Az-a davada daha iki nəfərin iştirakı ilə bağlı cinayətin digər təfərrüatları da məlum olub.

Hüquq-mühafizə orqanları O.Yusiflinin narkotik istifadəçisi olduğunu bildirib. İlkin məlumatlara görə, o, daim dostlarından borc pul alıb və qaytarmayıb. Borclularla onun arasında münaqişə yaşanıb. Nəticədə ölümlə nəticələnən mübahisə baş verib.

Cinayətin digər iştirakçılarının şəxsiyyətinin müəyyən olunduğu qeyd edilir. Hazırda onların məsuliyyətə cəlb edilməsi məsələsi həll olunur.

Ramella İbrahimxəlilova

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.