#Idman

Çempionlar Liqasında pley-offçular müəyyənləşir - Yenilənir

Sep 16, 10:45 / Mənbə: Qol.az

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, son oyun günündə 5 matç keçiriləcək.

Turnirdəki təmsilçimiz "Qarabağ" neytral meydanda - Kiprdə Norveç "Molde"si ilə qarşılaşacaq. Kiprdə keçiriləcək digər oyunda yerli "Omoniya" Serbiyanın "Srvena Zvezda" klubunu qəbul edəcək.

Macarıstan təmsilçisi "Ferentsvaroş" öz meydanında Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə qarşılaşacaq. Məhz bu oyunun qalibi pley-offda "Qarabağ" - "Molde" cütünün güclüsü ilə qarşılaşacaq.

 Digər oyunlarda isə "Makkabi" (Təl-Əviv, İsrail) "Dinamo"nu (Brest, Belarus), “Midtüllann” (Danimarka) “Yanq Boyz”u (İsveçrə) qəbul edəcək.

Qeyd edək ki, qalib gələn komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin edəcəklər.

16 sentyabr

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya)

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus)

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)

22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə)

Xatırladaq ki, artıq "Dinamo" (Kiyev, Ukrayna), PAOK (Yunanıstan) və "Gent" (Belçika) Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.

 

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.