#Dünya

Parlament Yaponiyanın yeni baş nazirini seçdi

Sep 16, 10:14 / Mənbə: Oxu.az

Yosihide Suqanın namizədliyi Yaponiya Parlamentinin Nümayəndələr Palatasının deputatları tərəfindən səs çoxluğu qazanıb və o, Yaponiyanın yeni baş naziri olub.

“RİA Novosti” agentliyi xəbər verir ki,  314 parlamentari  Y.Suqanın Baş nazir postu tutmağına səs verib.

Qeyd edək ki, səhhətinə görə avqustun 28-də istefa verən Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.

Yeni baş nazir yaxın günlərdə yeni hökumət kabinetinin tərkibini elan etməlidir.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.