#Cəmiyyət

"İdman TV"də daha bir ayrılıq

Sep 16, 10:13 / Mənbə: News.milli.az

"İdman TV"nin tanınmış aparıcısı İsmayıl Abdullayev sözügedən telekanaldan ayrılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şərhçinin işindən ayrılması öz istəyi ilə baş verməyib.

Ayrılığın telekanal daxilində baş verən problemlərdən qaynaqlandığı bildirilir. Yaxın günlərdə növbəti ayrılıqların baş verəcəyi isə istisna edilmir.

Qeyd edək ki, bir müddət öncə "İdman TV"nin daha bir tanınmış şərhçisi Ramiz Mirzəzadə işindən ayrılaraq "CBC Sport"a keçib. İsmayıl Abdullayev isə 11 ildir "İdman TV"nin uğurları üçün çalışırdı.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.