#ümumi

ƏDV qeydiyyatının məcburi və könüllü olmasını şərtləndirən amillər

Sep 16, 10:42 / Mənbə: Banco.az

İqtisadçı ekspert Anar Bayramov bu sahədə ortaya çıxan suallara aydınlıq gətirərək bildirib ki, vergi qanunvericiliyinə əsasən, əlavə dəyər vergisi (ƏDV) qeydiyyatının məcburi və könüllü olması şərtlərini belə təsnif etmək olar:

Məcburi ƏDV qeydiyyatı

1) Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları

Dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ƏDV ödəyiciləridir.

2) Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər

1 yanvar 2020-ci il tarixinə kimi bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin ya sadələşdirilmiş vergi, ya da ƏDV ödəyicisi olmaq hüququ var idi. Son dəyişikliyə əsasən, bina tikintisi ilə məşğul olanlar yalnız ƏDV ödəyicisi ola bilərlər.

3) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər

Aşağıdakı vergi ödəyiciləri istisna olmaqla ardıcıl 12 aylıq dövriyyəsi 200.000 manatı keçən vergi ödəyiciləri ƏDV qeydiyyatı üçün ərizə verməlidir:

Zəruri qeyd: Yuxarıda göstərilən fəaliyyətlərdən yalnız ictimai iaşə müəssisələrinin 12 aylıq dövriyyəsi 200.000 manatı keçərsə, ƏDV uçotu üçün könüllü qeydiyyat üçün müraciət edə bilər. Digər üç fəaliyyəti həyata keçirənlərin ƏDV ödəyicisi olmaq hüququ yoxdur.

Könüllü ƏDV qeydiyyatı

1) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan az olan şəxslər (ƏDV uçotu ilə bağlı məcburi qeydiyyatı tələb olunanlar və məcburi sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaq şərtilə).

2) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.

vergiler.az

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.