#Hadisə

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib

Sep 16, 10:12 / Mənbə: Apa.az

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2550 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.