#Hadisə

Bakıda 18 yaşlı qız sevgilisini bıçaqladı

Sep 16, 10:24 / Mənbə: Baku.ws

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda ittiham olunan Gülşən Mustafayevanın cinayət işi hazırlıq iclası keçirilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında Abşeron rayonu, Atyalı yaşayış massivində baş verib.

1999-cu il təvəllüdlü Musa Abdullayev sevgilisi, 18 yaşlı Gülşən Mustafayeva tərəfindən bıçaqlanıb.

Gülşən Mustafayevaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.