#Futbol

Canni De Byazi: "Monteneqro üçün sürpriz edəcəyik"

Sep 16, 10:36 / Mənbə: Report.az

"UEFA Millətlər Liqasında Monteneqro və Kiprə qarşı oyunlarımız üçün heyəti nə qədər gec açıqlasam, o qədər yaxşıdır".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

64 yaşlı mütəxəssis növbəti oyunlarda da yeni 5-4-1 taktikasına üstünlük verib-verməyəcəyinə dair sualı konkret cavablandırmaq istəməyib: "Taktikanı indidən açıqlamaqla, nəyə görə Monteneqroya əlavə üstünlük verməliyik? Onsuz da bu rəqibin üstünlükləri var. Monteneqro üçün sürpriz edəcəyik. Əlbəttə, bu bir zarafatdır (gülür - E.M.)". 

İtaliyalı baş məşqçinin fikrincə, Monteneqro millisini qrupun favoritidir: "Onlar qrupun ən güclüsüdürlər. Həm reytinqcə, həm də oyunçuların səviyyələrinə görə üstündürlər".

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının I turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub, Nikosiyada "Kipr"i 1:0 hesabı ilə üstələyib. Canni De Byazinin baş məşqçi olduğu komanda oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək. 

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.