#Hadisə

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Sep 16, 10:22 / Mənbə: Apa.az

Baş Narkotiklərlə Mübarizə İdarəsinə  bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Oğuz rayon Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Cabbarov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı, yardımçı tikilidən 1kq 600 qr çəkidə narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Otmanlı adlanan bağın ərazisində 232 ədəd ümumi çəkisi 6 kq 400 qr olan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri və 48 kq 200 qr qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.