#Dünya

Rusiyada ağıra yol qəzası baş verib, 2 sürücü hadisə yerində ölüb

Apr 17, 08:53 / Mənbə: News.milli.az

Rusiyanın Tver bölgəsinin Kalininski rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tver-Rjev yolunun 12-ci kilometrliyində baş verib.

Polisin yaydığı ilkin  məlumata görə, 3 avtomobil bir-birinə çırpılıb.

"Hyundai Solaris" markalı maşın ötmə əməliyyatı edərkən, "VAZ-2106" markalı avtomobillə toqquşub.

Hərəkətdə olan "Lada Priora" avtomobilinin sürücüsü "VAZ"ın onun üzərinə gəldiyini görən an yayınmağa çalışsa da, alınmayıb. Nəticə toqquşma qaçılmaz olub.

Hadisə zamanı "Hyundai"ın və "VAZ"ın sürücüləri hadisə yerində dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.