#Hadisə

Saatlıda 45 yaşlı kişi intihara cəhd edib

Apr 17, 09:01 / Mənbə: Report.az

Saatlı rayonunda intihar etmək istəyən şəxs xilas edilib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında, rayonun Varxan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Fədliyev Rabil Qoçəli oğlu yaşadığı evin həyətində özünü intihar etməyə cəhd göstərib. Yaxınları tərəfindən onun həyatı xilas edilib və Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İntihara cəhdin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.