#Dünya

Merkel, Makron və Zelenski Rusiyaya çağırış etdilər

Apr 17, 08:28 / Mənbə: News.milli.az

Almaniyanın Federal Kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Ukrayna dövlət başçısı Vladimir Zelenski üçtərəfli danışıqlar zamanı Rusiyaya qoşunlarının Ukrayna sərhədləri yaxınlığından geri çəkilməsi ilə bağlı çağırış ediblər.

"İnterfaks"ın məlumatına görə, liderlər arasındakı görüş Parisdə baş tutub.

Merkel görüşə videokonfrans vasitəsilə qatılıb.

Görüş zamanı Almaniya hökuməti və Fransa dövləti başçıları Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıblar.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.