#Dünya

Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil

Apr 17, 08:03 / Mənbə: News.milli.az

Yaponiya hökuməti ölkədə epidemioloji vəziyyətin pisləşməsinə baxmayaraq Tokio Yay Olimpiya Oyunlarını təşkil etmək planlarından imtina etməyi düşünmür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yaponiyanın baş naziri Yoşihide Suqa Ağ Evdə ABŞ Prezidenti Cozef Bayden ilə birgə mətbuat konfransında deyib.

Y.Suqa bildirib: "Əvvəldə də qeyd etdiyim kimi, bu yay Olimpiya və Paralimpiya oyunlarını qlobal birliyin rəmzi olaraq Tokioda keçirməyə qərarlı olduğumu bildirdim. Prezident C.Bayden bir daha dəstəyini ifadə etdi".

Onun sözlərinə görə, Yaponiya bu yay oyunları Tokioda keçirmək üçün hazırlıqlarını tam davam etdirəcək.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.