#Mdb

Rus turistlərə Türkiyədən 10 min rubla geri dönmək təklif edilə bilər

Apr 17, 07:14 / Mənbə: Apa.az

“Rusiyalı turistlərin ixtisaslaşmış uçuşlar olmadığı təqdirdə Türkiyədən çıxarılması ödənişli  şəkildə təşkil edilə bilər, lakin qiymət sabit olmalıdır,  məsələn, 10-12 min rubl”. 

APA xəbər verir ki, bu barədə “Rosturizm” yanında İctimai Şuranın sədri Dmitri Davydenko "İzvestiya" qəzetinə açıqlamasında deyib.

“Hər turistin 10 min rublu var. Bu yanaşma ilə hamını tez bir zamanda Türkiyədən Rusiyaya gətirmək mümkün olacaq. Qərargahın bazar ertəsi - çərşənbə axşamı nəzərdə tutulmuş iclasında bu seçimi təklif edəcəyik”, - Davydenko bildirib.

Onun sözlərinə görə, bu, mövcud vəziyyətdən ideal bir çıxış yolu olardı: “Türkiyədən Rusiyaya uçuş biletlərinin qiymətləri əhəmiyyətli dərəcədə artıb, turistlərin yeni biletlərin qiyməti ilə əlaqədar təzminat ala biləcəyi məlum deyil. İxrac uçuşlarının olmaması səbəbindən rusiyalı turistlər, bəlkə də Rusiyanın açıq hava trafikinə malik olduğu ölkələr (Belarusiya, Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri) vasitəsilə qayıtmalı olacaqlar. Bu vəziyyətdə, ona görə, dövlət ixrac uçuşlarını sabit qiymət və dövlət xidmətləri portalı vasitəsi ilə bilet almaq imkanı ilə təmin etməlidir”.

Qeyd edək ki, “Rosturizm”in mətbuat xidmətinin məlumatında vurğulanıb ki, müstəqil rus turistlər üçün Türkiyədən ixrac uçuşlarının təşkili məsələsi müzakirəyə çıxarılıb, qərar gələn həftənin əvvəlində veriləcək.

Xatırladaq ki, Rusiya 15 aprel - 1 iyun tarixlərində koronavirusun geniş yayılması səbəbi ilə Türkiyə ilə sərnişin uçuşlarını məhdudlaşdırıb. 

 

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.