#Avropa

ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”

Apr 17, 06:38 / Mənbə: Apa.az

“Bəşəriyyət koronavirusa qarşı peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmir: Dünyada 832 milyon peyvəndləmənin 82 faizdən çoxu yüksək və orta gəlirli ölkələrdə, yalnız 0.2 faizi isə az gəlirli ölkələrdə həyata keçirilib”.

APA-nın məlumatına görə, bunu BMT-nin İqtisadi və Sosial Şurasının koronavirus əleyhinə peyvəndə həsr olunmuş iclasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus deyib.

ÜST rəhbəri bildirib ki, peyvənd məsələsində bərabərlik zəmanəmizin bir çağırışıdır. Biz bu istiqamətdə uğursuzluğa düçar olduq: "COVAX mexanizmi ilə peyvənd alacağını gözləyən bəzi ölkələr heç bir şey almayıb. Bir sıra ölkələr dərman kvotalarının ikinci hissəsini vaxtında almayıb, bu ölkələr planları təhlükəyə atıb”.

Qebreyesu əlavə edib ki, COVAX vasitəsi ilə tədarükün bu günə qədər 100 milyondan çox dozaya çatdığı təxmin edilib, amma əslində bu günə qədər yalnız 40 milyon paylanılıb: Əhalisi üçün artıq peyvənd ayırmış ölkələri dərhal COVAX-a bağışlamağa çağırıram. Digər vacib addım yerli peyvənd istehsalına investisiya qoyuluşu ola bilər”.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.