#Dünya

Türkiyədə üç günlük "Evdə qal!" rejimini pozan 27 mindən çox şəxsə cərimə yazılıb

Jan 25, 21:31 / Mənbə: News.milli.az

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq yanvarın 22-də Ankara vaxtı ilə saat 21.00-da qüvvəyə minib 56 saat davam edən "Evdə qal!" rejimini pozduqlarına görə 27 min 839 nəfərə cərimə kəsilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Türkiyədə "Evdə qal!" rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan rejim ertəsi gün 05.00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat, bazar ertəsi saat 05.00-a qədər qüvvədə olur.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyası ilə mübarizədə əsas ümidlər kütləvi peyvəndləməyədir. Çindən sifariş edilən 50 milyon doza "Sinovac" vaksininin 6.5 milyondan ibarət ikinci hissəsi yanvarın 25-də ölkəyə gətirilib. Ölkə üzrə peyvəndləmə sürətlə aparılır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.