#Dünya

Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq

Jan 25, 21:52 / Mənbə: News.milli.az

Yaxın zamanlarda dünya avtomobil bazarından ucuz elektromobillər peyda olacaq, yeni nəqliyyat növünə tələbat isə sürətlə artacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yaponiyanın "Nidec" mühərrik istehsalı şirkətinin rəhbəri Sigenobu Naqamori deyib.

O bildirib ki, Çin istehsalı olan və qiyməti 4 300 dollar təşkil "Wuling" elektromobili Çindəki satış həcminə "Tesla Model 3" avtomobillərini geridə qoyub.

Şirkət rəhbəri əlavə edib ki, yaxın gələcəkdə Yaponiya satış qiyməti 3 min dollardan az olacaq elektromobillər istehsal olunacaq. Bu avtomobillər satış həcmini indiki 90 milyondan 300 milyonadək artıra bilər.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.