#Cəmiyyət

DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib

Apr 12, 23:30 / Mənbə: Oxu.az

Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, ötən dövr ərzində 1 321 nəfər işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərib.

O qeyd edib ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb:

“Ölüm hallarının baş verdiyi hadisələrə görə barələrində cinayət işi başlananlar və həbs edilənlər də var. Hələ də işğaldan azad edilmiş ərazilərə qanunsuz şəkildə keçməyə çalışanlara rast gəlinir”.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.