#Coronavirus-azerbaijan

Daha bir məktəbdə müəllimlər koronavirusa yoluxdu, distant təhsilə keçildi

Apr 12, 22:16 / Mənbə: Baku.ws

Biləsuvar rayonunda koronavirusa yoluxma halının aşkarlanması səbəbindən təhsil müəsisəsinin fəaliyyəti dayandırılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Biləsuvar şəhər 1 saylı tam orta məktəb distant təhsilə keçib. Buna səbəb məktəbin iki müəllimində koronavirusa yoluxma halının aşkarlanmasıdır.

Qeyd edək ki, bu təhsil ocağı koronavirusa yoluxma halının aşkarlanması ilə bağlı Biləsuvarda fəaliyyətini dayandıran ilk məktəbdir.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.