#Qarabağ

Neftçalada Vətən Müharibəsi şəhidinin büstünün açılışı olub

Apr 12, 23:32 / Mənbə: Report.az

Neftçala rayonunda Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun büstünün açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, habelə karantin qaydaları ilə əlaqədar olaraq rayonun rəhbərliyi də daxil olmaqla, məhdud sayda şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edənlər Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından azad olunmasından və qələbəmizdə Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri şəhid Camal İsmayılov kimi vətənpərvər hərbçilərimizin xüsusi rəşadətindən, döyüş yolundan danışıblar.

Qeyd edək ki, şəhid Camal İsmayılov 1984-cü ildə Neftçala rayonunda anadan olub. O, Vətən Müharibəsində şəhid olub.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.