#Iqtisadiyyat

Naxçıvanda yük daşımalarının həcmi artıb

Apr 12, 22:25 / Mənbə: News.milli.az

2021-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında yük daşımalarının həcmi 3 488 ton təşkil edib.

Trend bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Eyni zamanda, hesabat dövründə Naxçıvan MR-da rabitə və informasiya xidmətlərindən gəlirlərin həcmi 14,7 milyon manat təşkil edib ki, bu 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 9,9 faiz çoxdur.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.