#Mədəniyyət-siyasəti

Kürdəmir Regional Mədəniyyət İdarəsinə yeni kadr təyinatı olub

Apr 12, 23:28 / Mənbə: Report.az

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Xocavənd rayonu üzrə nümayəndə vəzifəsi Ramil Bayram oğlu Əhmədova həvalə edilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ramil Əhmədov 1994-cü ildə Bərdə şəhərində anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya ixtisası üzrə bakalavr, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr pilləsini bitirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.