#Mdb

Rusiya Türkiyəyə aviareyslərin dayandırılmasına qərar verib – YENİLƏNİB-1

Apr 12, 22:50 / Mənbə: Apa.az

“Türkiyə ilə hava əlaqəsinin dayandırılması Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankara səfəri ilə bağlı deyil”. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Türkiyə ilə hava əlaqəsini dayandırmasını şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr. Bu, həyəcanverici epidemioloji vəziyyətlə bağlıdır", deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Tatyana Qolikova Türkiyədə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar bu ölkə ilə müntəzəm və çarter uçuşlarının aprelin 15-dən iyunun 1-nə kimi dayandırıldığını açıqlayıb.

***

21:16

Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır. 

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə baş nazirin müavini Tatyana Qolokova bildirib. 

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Rusiya adı çəkilən iki ölkə ilə çarter reyslərini dayandırmağa qərar verib.

Hökumət rəsmisi Rusiyanın bu ölkələrlə 1,5 aylıq müddətə, aprelin 15-dən iyunun1-nə kimi həm müntəzəm, həm də çarter reysləri dayandırdığını açıqlayıb.

***

20:10

Rusiya Türkiyə ilə hava əlaqəsini 1,5 aylıq dayandırmağa qərar verib. 

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə RBK öz mənbələrinə istinadən məlumatına yayıb. 

Rusiyanın hava əlaqəsini dayandırmasına səbəb kimi Türkiyədə koronavirusa yoluxma halının artması göstərilib. Bildirilib ki, ilk növbədə Rusiya ilə Türkiyə arasında çarter reysləri dayandırılır .

Operativ Qərargah Rusiyanın sərnişin aviaşirkətlərinə Türkiyənin bütün aeroportlarına uçuş həyata keçirməyi 1,5 aylıq, aprelin 15-dən iyunun1-nə kimi  dayandırmaqla bağlı xəbərdarlıq edib.

Mənbə aviareyslərin dayandırılmasının müntəzəm reyslərə aid olub-olmaması ilə bağlı açıqlama verməyib.  

Hazırda Türkiyədə olan rusiyalı turistlərin təxliyəsinin olmayacağı, onların planlı şəkildə ölkəyə geri gətiriləcəyi qeyd olunub.

 

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.