#Cəmiyyət

Avtomobil şüşələrinə örtüklərin çəkilməsinin yeni qaydası hazırlanacaq

Apr 12, 20:52 / Mənbə: Yeniavaz.com

Nazirlər Kabineti nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinin yeni qaydasını müəyyən etməlidir.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə – “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndinə uyğun olaraq, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan nəqliyyat vasitələrinin nasazlıqları sırasına jalüz çəkilməsi də daxil edilib.

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.