#Dünya

Çində COVID-19 infeksiyasına qarşı daha bir vaksinin kliniki sınaqlarına icazə verilib

Apr 12, 20:50 / Mənbə: News.milli.az

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası "Sinopharm" şirkəti ilə Milli Peyvənd və Zərdab İnstitutunun birgə hazırladığı COVID-19 infeksiyasına qarşı peyvəndin kliniki sınaqlarına icazə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Sinopharm" şirkəti "Weibo" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb. Rekombinant vaksin texnologiyasına əsaslanan peyvəndin kliniki sınaqlarının Çin ilə yanaşı bəzi xarici ölkələrdə də aparılması nəzərdə tutulub.

Bildirilir ki, bu tip vaksinlər kütləvi istehsal üçün daha əlverişlidir və istehsal zamanı daha yüksək biotəhlükəsizlik qaydaları tələb olunmur. Çünki istehsal zamanı canlı viruslardan istifadə olunmur.

Qeyd edək ki, bu, "Sinopharm" şirkətinin COVID-19 virusuna qarşı 3-cü peyvəndidir. Bundan əvvəlki 2 vaksin inaktiv (təsirsiz) peyvənd olub. Həmin peyvəndlər hazırda Çində və bir neçə ölkədə vaksinasiya prosesində istifadə olunur.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.